/ ATIŞDIRMALIQ
QEYBƏT
/ KATEQORİYA
STORYTELLING
/ TARİX

Mən əvvəl elə bilirdim, qeybəti
ancaq bizim kənddə edirlər. Bakıya oxumağa gələndə gördüm, şəhər adamı da qeybət edir. Sonra Azərbaycandan köçdüm. Sən demə, əcnəbilər də qeybət edirmiş.
Biraz da dərinə gedəndə
gördüm, atalarımız mağaranın həyətində də qeybət ediblər. Hətta o vaxt konstitusiya nə gəzirdir?! Qəbiləni də məhz qeybətlə idarə ediblər.
Dində bu, qoy olsun ən çirkli əməl,
Storytellingdə ən güclü alətlərdən biridir.
İddia edirəm ki, bu yazımı oxumağa səni vadar edən şey də məhz qeybətdir.
Daha dəqiq desəm - giriş cümləsindəki mübtəda (mən) və xəbər (bilirdim).
Çünki mübtəda və xəbər olan yerdə qeybət, qeybət isə canımızda var.