Sonda hekayə qazanır
Social Media

İncimə, ancaq Social Media Strategiyan
sadəcə xidmət və ya məhsulunun vitrinidirsə, bu strategiya deyil, vaxt itkisidir və çox güman ki, bir neçə təsadüfi müştəridən başqa sənə satış gətirməyəcək.
Gəl sənə auditoriya ilə sağlam bağ qurmağa və onları real alıcıya çevirməyə kömək edəcək, hekayə danışan 3 addımlıq nümunə bir strategiya göstərim:
Qarın ağrısını tap
Sənin təklifinlə əlaqəli hədəf kütlənin ağrı nöqtəsini öyrən, onların bu problemini işıqlandır.
Öz çətinlik və ehtiyaclarımızı əks etdirən hekayələr bizi özünə çəkir.
Personaj təqdim et
Həmin problemlə üzləşən personaj təqdim et.
Bu, insanların onunla bağ qurmasına daha yaxşı kömək edir.
Fərqi göstər
Məhsul və ya xidmətini istifadə etdikdən sonra personajın həyatındakı müsbət fərqi göstər.
Bu, insanların özlərini həmin personajın yerinə qoyub xəyal qurmasına və dolayısı ilə də onları sənin real alıcına çevirir.